Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da bu gün keçirilən aralıq seçkiləri ilə bağlı siyasi gözləntilər müzakirə olunur. Əksər müşahidəçilər və əsas dünya mediası Demokratlar Partiyasının həm Nümayəndələr Palatasında, həm də Senatda böyük üstünlük əldə edəcəyini proqnozlaşdırır.
Lakin iqtisadçı və siyasətçi Natiq Cəfərli seçkilərin nəticələrinin fərqli ola biləcəyini düşünür.
Gununsesi.info xəbər verir ki, onun fikrincə, Demokratların Konqresdə qələbə qazanması ehtimalı yüksək olsa da, Senatda başabaş mübarizənin şahidi ola bilərik.
Natiq Cəfərli hesab edir ki, Respublikaçılar son 4-5 ay ərzində Demokratların seçkilərdə böyük üstünlüklə qalib gələcəyi barədə formalaşan informasiya fonundan siyasi məqsədləri üçün istifadə edə bilərlər.
Onun qənaətinə görə, Demokratların qələbəsinə dair gözləntilərin həddindən artıq yüksək olması onların elektoratında arxayınlıq yarada, nəticədə seçici fəallığını azalda bilər.
Əksinə, Respublikaçı seçicilər mümkün məğlubiyyət ehtimalı fonunda daha fəal səfərbər ola bilərlər.
Cəfərli bu vəziyyətin seçkilərdə gözlənilməz nəticələrə səbəb ola biləcəyini istisna etmir:
“Respublikaçıların üstün olması, yaxud normal, azacıq fərqlə məğlub olduqlarını görsək, şəxsən mən heç təəccüblənmərəm”.
O, seçkilərin xüsusilə Senat uğrunda mübarizə baxımından maraqlı nəticələr ortaya qoya biləcəyini vurğulayıb.
Elmar