Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
İqtisadçı Natiq Cəfərli məmurların maaşlarının artırılması ilə bağlı müzakirələrə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli hesab edir ki, əsas problem məmurların maaşlarının artması deyil, əhalinin gəlirlərinin aşağı olmasıdır.
“Bir daha: məmurların maaşlarının artması problem deyilv problem əhalinin gəlirlərinin az olmasıdır, etiraz doğuran məsələ budur”, – deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, hökumətin əsas hədəfi əhalinin gəlirlərinin və rifahının artırılması olmalıdır:
“Əhali varlanmalıdır, hökumətin əsas hədəfi əhalinin varlanması olmalıdır. Hədəf səhv seçilib, indi hökumət büdcənin dolmasını əsas məqsəd sayır”.
Natiq Cəfərli qeyd edib ki, büdcə gəlirlərinin artırılması iqtisadi siyasətin əsas məqsədi deyil, iqtisadi aktivliyin nəticəsi olmalıdır.
Onun fikrincə, əhalinin gəlirləri artdıqca və biznes inkişaf etdikcə büdcəyə daxilolmalar da yüksələcək.
İqtisadçı mövcud vergi, rüsum, lisenziya və cərimə siyasətini də tənqid edib. O, bu yanaşmanı “qızıl yumurtlayan toyuqları kəsmək” siyasəti adlandırıb.
“Bir müddət sonra büdcə də dolmayacaq, insanlar da dolana bilməyəcək, iqtisadiyyat isə ‘başı kəsilmiş toyuq’ kimi çırpınacaq”, – deyə Cəfərli vurğulayıb.
Elmar