Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qulaqların kəsilib, sonra sayılması davam edir. hətta, bu artıq idarəetmə normasına çevrilib.
Bir müddət əvvəl "card to card" məsələsi ilə bağlı mənasız qərar qəbul etdilər, məhdudiyyətlər gətirdilər. telə qərar olan gün düdik ki, mənasız yayaşmadır, insanlar 1 əvəzinə 5-6 kart açacaqlar.
Məqsəd guya vergidən yayınmanın qarşısını almaq idi. Amma məntiqlə əvvəl ciddi müzakirə olmalı idi ki, kiçik-orta sahibkarlar niyə vergidən yayınmağa can atırlar, nədir onların problemi, niyə nəğdsiz ödənişlərlə bağlı infrastruktur bahalıdır, nə səbəbə pos-terminalların xidmət haqqı bizdə qonşu ölkələrdən 2-3 dəfə bahadır?
Niyə hər pos-terminal üçün aylıq haqq, hardasa, 20 manat, nağdsız ödənişlər zamanı sahibkardan tutulan xidmət haqqı isə 2% civarında olmalıdır?! Axı bu da faktiki vergidir, xərcdir".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
"Yəni tez-tələsik qərar verib bütün qulaqları kəsdilər, indi saymağa başlayanda anladılar ki, bizim vətəndaşlar hökumətdən daha kreativdir, indi 1 yox, 5 kart alıb o mənasız məhdudiyyətdən yan keçə bilirlər.
İndi də qərar verdilər ki, manatla hər bankdan cəmi 1 kart ala bilərsən, yəni yenidən gözdən qaçan qulaqları kəsməyə başladılar. Bu da işlək olmayacaq, mənasız məhdudiyyətdir".
Ekspert səbəbi belə açıqlayıb:
"Birincisi, bankların işinə müdaxilədir, ikincisi, indi öz adına 1 kart açacaqsa, qohum-əqrabası adına da yenə lazım olduğu qədər karta sahib olacaq. Vəssalam.
Hörmətli qərar verənlər, anlayın, bilin ki, dünyada iki məsələnin qarşısını inzibatı və manasız yolla, qadağalarla almaq mümkün deyil – pul və ideya.
Hətta SSRİ belə bunu bacarmadı, nə pulun, nə ideyanın qarşısını ala bildi, siz də eyni səhv yolla gedirsiniz. Əvvəl problemi doğru təsbit edin, sonra həll yollarını müzakirə edin, lap sonda qərar verin. Tam tərsinə edirsiniz, müzakirəsiz qərar verirsiniz, sonra görürsünüz ki, işləmir, başlayırsız daha səhv qərarlar verməyə.
Olmaz belə, iqtisadiyyatı boğursuz, aşırı tənzimləmə, qadağa, məhdudiyyətlər, yüksək vergilər, əlavə qeyri-qanuni və qanuni xərclər – bütün bunlar zatən zəifləmiş iqtisadiyyatı daha da batırır. Görmürsünüz bunu?!"
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin