Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşdu

21.02.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qara dənizdə iki gəmi toqquşub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, “Natiq Əliyev” tankeri ASCO-ya məxsus deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью