Natiq Muxtarlı: “Komandalarımızın vəziyyəti günü gündən pisləşir”

06.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan futbolunda ciddi maliyyə böhranı yaşanır. 2-3 klub istisna olmaqla, digərlərində vəziyyət günü-gündən pisləşir”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Natiq Muxtarlı öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, hazırda bir çox yerli klubda vəziyyət acınacaqlıdır:

“Zirə” acınacaqlı durumdadır. “Araz Naxçıvan”dan danışmağa dəyməz. “Şamaxı”, “İmişli” çabalayır. “Şəfa” isə can üstündədir. Klubun sahibi – “MyGroup Holding”in prezidenti Emil İsgəndərov komandanın başını buraxıb. Gedib oturub Dubayda və deyir ki, səhv etmişəm futbol təsərrüfatına gəlməkdə, pulum yoxdur. pizza sifarişi

Yəni gəlmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar. “Şəfa” qışa qədər çempionatdan çəkilməsə, təəccüblənərəm”.

Naziim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью