Natiq Qasımovun adı verilən məktəbin direktoru: Çoxdan idi ki, buna çalışırdıq! | Icma.az
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mingəçevir şəhəri 4 nömrəli tam orta
Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Natiq Qasımovun adının 4 nömrəli tam orta məktəbdə əbədiləşdirlməsi təhsil ocağının kollektivini qürurlandırıb.Bunu Modern.az-la həmsöhbət olan məktəbin direktoru Zaur Müseyibov deyib.O bildirib ki, Milli Qəhrəmanın adını daşıyan məktəbə rəhbərlik etmək fəxarət hissi doğurur: “Mən məktəbə bu il may ayın 6-da təyin olunmuşam.
Gəldiyim gündən təhsil ocağına Natiq Qasımovun adının verilməsi üçün çalışmışam. Nəhayət arzumuz gerkəkləşdi.
Çalışacağıq ki, məktəbimiz Natiq Qasımovun adına layiq olsun. Mən özüm də 4 nömrəli məktəbdə oxumuşam, 22 il burada fəaliyyət göstərmişəm.
Məktəbə direktor təyin olunduğum gündən girişdə Natiq Qasımovun barelyefinin qoyulmasına nail olmuşam".
Direktorun sözlərinə görə, 4 nömrəli məktəb 1980-ci ildən fəaliyyət göstərir: “2023-2024-cü tədris ilində bir şagirdimiz fənn olimpiadalarında tarix fənni üzrə gümüş medal qazanıb.
Eyni zamanda, bir şagirdimiz də 27 sentyabr və 8 noyabrda keçirilən inşa müsabiqəsinin qalibi olub”.Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub.
Tam oxu
Xəbəri oxu