Natiq Şirinovun nəvəsi ilə bağlı arzusu

09.07.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Natiq Şirinov yeni dünyaya gələn nəvəsi Natiqlə bağlı arzusunu bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər TV"yə açıqlamasında danışıb.

"Allaha sığınıb adını Natiq qoydum ki, oğlum Ümiddən sonra üçüncü nəsil kimi nağara sənətini davam etdirsin. Azərbaycan nağarası öz yerində, zirvəsində qalsın" deyə, N.Şirinov bildirib.

Qeyd edək ki, Natiq Şirinovun oğlu Ümid Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailəlidir. Cütlüyün Şəms adlı bir qızı, Natiq adlı isə yeni doğulan oğlu var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью