Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO ölkələrinin hərbçiləri Rusiya ilə mümkün münaqişədə cavab tədbirlərinin tətbiqi ilə bağlı İtaliya sahillərində təlimlər keçirir.
Axar.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Bildirilib ki, Aralıq dənizdə keçirilən “Neptun Strike” adlı təlimdə ABŞ hərbçiləri və daha 9 alyans ölkəsi, o cümlədən Britaniya, Yunanıstan, Polşa və Türkiyə iştirak edir.
Təlimlərdə NATO-nun şərq cinahında Rusiya yaxınlığındakı təlim meydançalarına yönəlik uzunmənzilli zərbələrlə bağlı məşqlər icra edilir.
Bildirilib ki, təlimlərdə əsas məqsəd mühüm dəniz yollarının müdafiə edilməsidir.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali komandanı, ABŞ generalı Aleksus Qrinkeviçin sözlərinə görə, NATO 2027-ci ilə qədər Rusiya və Çinlə eyni vaxtda baş verə biləcək münaqişələrə hazır olmalıdır.
"Əlbəttə ki, biz buna ümid etmirik, amma istənilən gözlənilməz vəziyyətə hazır olmaq istəyirik", - deyə o bildirib.