NATO Azərbaycanla tərəfdaşlıq proqramı üzərində işi tamamlayır

23.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO Azərbaycanla siyasi dialoqu və praktiki əməkdaşlığı genişləndirməyə, NATO və Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Proqramının (ITPP) tamamlanması da daxil olmaqla təhlükəsizlik və müdafiə sahəsində islahatların dəstəklənməsini davam etdirməyə hazır olduğunu ifadə edib.

"Cebheinfo.az" NATO-ya istinadən xəbər verir ki, bunu Alyansın Baş katibinin müavini Radmila Şekerinska bəyan edib.

O vurğulayıb ki, ITPP çoxillik əməkdaşlıq formatıdır və Azərbaycanın minatəmizləmə, təhlükəsizliyin təmin edilməsi, müdafiə təhsilinin təkmilləşdirilməsi, informasiya təhdidlərinə qarşı mübarizə və kibermüdafiənin inkişafı da daxil olmaqla, müxtəlif tərəfdaşlıq təşəbbüslərinə çıxışını təmin edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью