NATO Baltikyanıda təhlükəsizliyi gücləndirir

08.01.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Finlandiyanın "Yle" yayım şirkətinin məlumatına görə, gəmilər enerji və məlumat ötürmə naqillərinin yaxınlığında mövqe tutacaqlar. Bildirilir ki, bu addım yalnız "çəkindirici" mahiyyət daşıyır, çünki alyans başqa ölkələrə məxsus gəmilərin beynəlxalq sularda hərəkətinə maneəçilik törədə bilməz.
Eyni zamanda, Finlandiya körfəzinin Finlandiya və Estoniya gəmiləri tərəfindən mühafizəsi də qüvvədə qalacaq.
Xatırladaq ki, ötən ilin dekabrında adıçəkilən ölkələr arasında işləyən "EstLink 2" naqili müəmmalı şəkildə zədələnmişdi. NATO bu ölkələrin tələbi ilə Baltik dənizində öz gücünü artırmaq qərarına gəlib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью