NATO baş katibi ABŞ a səfər edəcək

08.03.2025

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NATO-nun Baş katibi Mark Rutte gələn həftə ABŞ-a səfər edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Uoltz açıqlama verib. O, baş katibin gələn həftə Ağ Evdə görüşlərdə iştirak edəcəyini deyib. Lakin, müşavir səfərin hansı tarixdə reallaşacağını açıqlamayıb.

Qeyd edək ki, fevralın sonunda Rutte və Tramp telefon danışığı zamanı sıx kontaktda olmaq və tezliklə görüşmək barədə razılığa gəlmişdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью