NATO Baş katibi ABŞ müdafiə nazirinin Brüssel iclasında olmamasını başa düşülən olduğunu deyib

12.02.2026

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NATO-nun Baş katibi Mark Rutte blokun müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında ABŞ-ın müharibə naziri Pit Heqsetin iştirak etməməsinə münasibət bildirib.

APA xəbər verir ki, Rutte bunun başa düşülən olduğunu, ABŞ-ın diqqət yetirməli olduğu regionların sayının çox olduğunu və bu səbəbdən Pentaqon rəsmilərinin həmişə Brüsselə gələ bilmədiyini bildirib.

“Mənim Heqsetlə eləcə də Prezident Tramp və dövlət katibi Marko Rubio ilə çox gözəl münasibətim var. Şübhəm yoxdur ki, ABŞ NATO-ya tam olaraq sadiqdir. ABŞ rəsmilərinin iclasda iştirak etməməsi məni narahat etmir. Çünki, onlar öz yarımkürələrinin, Hind-Sakit okean regionunun qayğısına qalmalıdırlar, onların bir çox məsuliyyətləri var”,- Rutte bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью