Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO-nun Baş katibi Mark Rütte Avropa ölkələrinə Grenlandiya məsələsinə həddindən artıq diqqət yetirmək əvəzinə hərbi xərcləri artırmaq və orduları gücləndirməyə fokuslanmaq çağırışı edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Bloomberg TV-yə müsahibəsində bildirib.
Rütte vurğulayıb ki, Avropa liderləri hərbi istehsal sahəsinə diqqət yetirməli, müdafiə büdcələrini təsdiqləməli və ordu sıralarını genişləndirməlidir. Baş katib qeyd edib ki, indiyə qədər Almaniya bu sahədə liderlik edir və 2029-cu ilə qədər 2021-ci illə müqayisədə illik xərclərini 90 milyard avro artıraraq hərbi zavodlar yaradacaq. Lakin Rüttənin sözlərinə görə, ABŞ ilə müqayisədə Avropa hərbi-sənaye bazası hələ də kiçik olaraq qalır.
Baş katib həmçinin Avropa həmkarlarını Ukraynaya dəstək göstərməyə çağırıb və bunu “Rusiyadan müdafiə olmaq” yollarından biri kimi qiymətləndirib. Rütte bildirib ki, uzaq gələcək, o cümlədən Grenlandiyanın taleyi barədə narahat olmağa ehtiyac yoxdur.
Nuriyyə NATİQQIZI