NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi

03.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Zorakılıq xəbərləri çox narahat edir və mən bunu birmənalı şəkildə pisləyirəm. Mən Gürcüstan hökumətini sülh və sabitliyin təşviqi üçün hər şeyi etməyə çağırıram və hesab edirəm ki, bu, bütün gürcülərin marağındadır.

Bunu NATO-nun baş katibi Mark Rutte Gürcüstanda gedən proseslərlə bağlı sualı cavablandırarkən deyib.

“Mən qəti şəkildə inanıram ki, bu dəyərlər bizim kollektiv sülh və rifahımızın əsasıdır. Bütün müttəfiqlər Gürcüstanda demokratiyaya xələl gətirən, demokratiyanın inkişafına, ölkənin NATO və Avropa İttifaqına inteqrasiyasına xələl gətirən istənilən hərəkətdən çəkinilməli olduğunu açıq şəkildə bəyan ediblər” - deyə Mark Rutte bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью