NATO Baş katibi: Gürcüstanda baş verənləri yaxından və narahatlıqla izləyirik

12.02.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Əmin ola bilərsiniz ki, biz Gürcüstanda baş verənləri yaxından, narahatlıqla izləyirik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə müdafiə nazirlərinin görüşündən öncə mətbuata açıqlamasında deyib.

“Mən daha əvvəl Gürcüstanda seçkilərin nəticələrinə şərh vermişəm və əlbəttə ki, bizim arzumuzdur ki, Gürcüstan NATO və Avropa İttifaqı istiqamətindəki yolunda qalsın, bizim demokratiya, qanunun aliliyi və insan haqlarına dəyərlərimizə uyğun davransın”, - Rutte deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью