NATO Baş Katibi: Müttəfiqlər, o cümlədən ABŞ gərginliyi azaltmalıdır

13.06.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

NATO-nun baş katibi Mark Rutte ABŞ da daxil olmaqla müttəfiqləri gərginliyi azaltmağa çağırıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte İrana hücumların İsrailin "birtərəfli hərəkəti” olduğunu vurğulayıb.

Rutte İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında İsrailin İrana hücumunu dəyərləndirib.

"Bu, açıq şəkildə, sürətlə inkişaf edən bir vəziyyətdir. Bu, İsrailin birtərəfli hərəkəti idi" deyə Rutte bildirib.

"Düşünürəm ki, ABŞ-də daxil olmaqla, bir çox müttəfiqlərin gərginliyi azaltmağa çalışması həyati əhəmiyyət kəsb edir".

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью