Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabr ayında Rusiya Ukraynaya qarşı döyüşlərdə gündə təxminən 1000 əsgər itirib.
APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsində açıqlamasında bildirib.
“Bəli, bu doğrudur ki, dekabr ayında ruslar gündə 1000 nəfər itirirdilər – ağır yaralananları deyil, məhz ölənləri nəzərdə tuturam.
Bu, dekabr ayı üzrə 30 mindən çox itki deməkdir. 1980-ci illərdə Əfqanıstanda sovet qoşunları 10 il ərzində 20 min nəfər itirmişdi.
İndi isə onlar bir ayda 30 min hərbçi itirir”, – NATO-nun Baş katibi deyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.