NATO baş katibi Trampı dəstəklədi: Hazırıq

22.10.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiyaya “olduqları yerdə dayanmaq”la bağlı etdiyi çağırışı tam dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Prezident Donald Tramp açıqladı ki, Rusiya və Ukrayna olduqları ərazidə qalmaqla dayanmalıdır. Real danışıqlara başlamaq üçün məhz bu lazımdır”, – Rutte deyib.

NATO-nun baş katibi vurğulayıb ki, o, Amerika liderinin mövqeyini bölüşür və planın həyata keçirilməsini asanlaşdırmağa hazırdır.

“Biz dialoqumuzu davam etdirəcəyik. Mən Trampa NATO-nun əlindən gələni edəcəyini göstərmək üçün buradayam. Biz hamımız bu baxışı dəstəkləyirik”, – Rutte vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью