NATO Baş katibi: Trampın sayəsində Ukrayna Rusiya münaqişəsində danışıqlara start verilib

11.03.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mən Ukrayna məsələsində ABŞ Prezidenti Donald Trampın tərəfində olardım, çünki onun sayəsində Ukrayna-Rusiya münaqişəsində danışıqlara start verilib.

APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Kosovo Prezidenti Vjosa Osmani ilə birgə mətbuat konfransında bildirib.

“Ukraynada sülh sazişi və ya atəşkəs baş tutarsa, bu zaman təhlükəsizlik zəmanətləri məsələsi əsas olacaq. Bunun bir yolu Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ola bilər, amma bunun başqa yolları da ola bilər”- deyə Rutte qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью