Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil.Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxışı zamanı deyib.“Hazırda Ukrayna güc mövqeyindən danışıqlar apara bilməz", - o bildirib.O, həmçinin söyləyib ki, NATO-ya üzv ölkələr müdafiəyə Ümumi Daxili Məhsulun (ÜDM) əvvəllər razılaşdırılmış 2 %-dən xeyli çox xərcləməlidir:"Düzünü desəm, ÜDM-in 2 %-i kifayət deyil.
Növbəti illərdə təhlükəsiz qalmaq üçün müttəfiqlər əhəmiyyətli dərəcədə 2 %-dən çox vəsait xərcləməlidirlər.
Güclü müdafiə bizim üçün əsas prioritetdir. Bu, daha çox xərcləmək və istehsal etmək deməkdir.
Həm də müharibəni qızışdırmaq yox, onun qarşısını almaq üçündür". Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.