NATO Baş katibi Ukrayna üzrə Təmas Qrupunun iclasında iştirak edəcək

08.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

NATO Baş katibi Mark Rutte yanvarın 9-da Almaniyada Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun saytında bildirilib.

Qeyd edilib ki, Rutte həmçinin Almaniyanın Visbaden şəhərindəki NATO-nun Ukraynanın Təhlükəsizliyinə Yardım və Hazırlıq (NSATU) Qərargahına gedəcək və burada mətbuat konfransı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью