NATO baş katibi Ukraynanın alyansa daxil olması ilə bağlı bəyanat verib

02.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Hazırda Ukraynanın Şimali Atlantika Alyansına daxil olmaq perspektivi yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.

"Hazırda yekdil dəstək yoxdur, tamtərkibli üzvlük üçün isə bu, mütləqdir", — deyə o qeyd edib.

Baş katibin sözlərinə görə, ABŞ, eləcə də Almaniya və Şimali Atlantika Alyansının digər üzv ölkələri Ukraynanın daxil olmasına qarşıdırlar, buna görə də hazırkı məqamda heç bir perspektiv yoxdur.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью