NATO Baş katibi Ukraynanın Rusiyaya qarşı Pautina əməliyyatından danışıb

04.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna Təhlükəsizlik Xidmətinin “Pautina” xüsusi əməliyyatı nəticəsində Rusiya aerodromlarında vurulan 41 hərbi təyyarədən dinc əhaliyə hücumlarda istifadə edilib.

APA-nın xəbərinə görə, NATO-nun baş katibi Mark Rütte Ukrayna Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi əməliyyata münasibət bildirərkən belə deyib.

O bildirib ki, bu faktor Ukraynanın müttəfiqləri tərəfindən nəzərə alınmalıdır.

Baş katib həmin hadisənin rəsmi Moskva ilə danışıqlara təsirini dəyərləndirərkən vurğulayıb ki, tərəfdaşlar rəsmi Kiyevin sülh danışıqlarında əlverişli mövqeyə malik olmasını arzulayır:

“Biz bu münaqişənin uzunmüddətli həll yolunu tapmasını istəyirik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью