NATO baş katibi “X” hesabında paylaşım etdi Alyans Baltik dənizində hərbi mövcudluğunu artıracaq KONKRET

27.12.2024

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Şimali Atlantika Alyansı sualtı kabellərin mümkün təxribatı səbəbindən Baltik dənizində hərbi mövcudluğunu artıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte özünün “X” hesabında yazıb: “Finlandiya Prezidenti Alexander Stubb ilə sualtı kabellərin mümkün təxribatı ilə bağlı Fin araşdırmasını müzakirə etdik. Tam dəstəyimi bildirdim. NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək”, – deyə baş katib bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью