NATO Baş katibindən şok etiraf: ABŞ a arxalanma dövrü bitdi

27.01.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Avropa hazırda öz müdafiə sənayesini qurur və bu, olduqca vacibdir. Lakin hazırkı vəziyyətdə Ukrayna bu gün özünü müdafiə etmək və sabah çəkindirmə qabiliyyətini təmin etmək iqtidarında deyil".

Ölkə.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Avropa Parlamentinin  Təhlükəsizlik və Müdafiə Komitəsi və Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı deyib.

Müdafiə sahəsinə investisiya qoyuluşunun vacib olduğunu  qeyd edən Baş katibin sözlərinə görə, bu tez bir zamanda həyata keçirilməlidir. “Çünki  qlobal  təhlükəsizlik məsələsində yaranmış vəziyyət bunu tələb edir. " Danışdığımız zaman belə, təhlükəsizliyimizə qarşı real və davamlı təhdidlərlə üzləşirik ", - Rutte qeyd edib.

Rutte onu da əlavə edib ki,  artıq ABŞ-ın ortaq təhlükəsizlik yükünün əksəriyyətini daşımasına icazə verildiyi dövr başa çatıb: "Avropa və Kanadanın öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşıması ədalətli və uyğundur".

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью