NATO baş katibinin müavini: Azərbaycan çox dəyərli tərəfdaşımızdır

22.01.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

NATO-nun baş katibinin müavini Radmila Şekerinska Azərbaycanın Alyans üçün önəmli tərəfdaş olduğunu vurğulayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşün nəticələrini "X" sosial şəbəkəsində paylaşıb.

Şekerinska qeyd edib: "Ceyhun Bayramovla yenidən görüşməkdən məmnunam. Azərbaycan NATO üçün çox qiymətli tərəfdaşdır. Görüşdə tərəfdaşlığın gücləndirilməsi, Ermənistan və Azərbaycan arasında sülh prosesinin regional sabitliyə təsiri, eləcə də avroatlantik və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью