NATO bəyanat yaydı: “ABŞ nin Fars körfəzindəki...”

28.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO öz təhlükəsizliyini daha da möhkəmləndirmək niyyətindədir. 

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, NATO nüvə silahının qarşısının alınmasının etibarlılığını, effektivliyini və alyansın təhlükəsizliyini gücləndirmək öhdəliyi ilə bağlı bəyanat verib. 

NATO-nun Yüksək Səviyyəli Qrupunun Brüsseldə nüvə silahının qarşısının alınması və alyansın gələcək təhlükəsizliyinin təminatı ilə bağlı toplantısı keçirilib. Toplantıda bir çox məsələlər müzakirə olunub və sonda bəyanat qəbul olunub. 

Bəyanatda NATO-nun nüvə yükünün bölüşdürülməsinin zəruriliyi, alyansın təhlükəsizliyinin qorunmasına dair irəli sürülən yanaşmaların önəmi və kollektiv təhlükəsizlikdə birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. 

NATO Yüksək Səviyyəli Qrupunun sədri Robert Suferin sədrliyi ilə keçirilən görüşdə qarşıqlı məsləhətləşmələr də aparılıb. 

Qrupun görüşündə ABŞ-nin Fars körfəzindəki hərbi mövcudluğu və İran ətrafındakı vəziyyət ilə bağlı məsələ də müzakirə olunub. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью