NATO Cənubi Koreyadakı vəziyyəti izləyir

04.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"NATO regionun əsas müttəfiqlərindən biri olan Cənubi Koreyadakı vəziyyəti yaxından izləyir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte NATO xarici işlər nazirlərinin iclasına gedərkən deyib.

"Cənubi Koreya NATO-nun regiondakı əsas müttəfiqlərindən biridir. Biz vəziyyəti diqqətlə izləyirik, lakin oradakı vəziyyəti hələ şərh etmirik", - o deyib.

Rutte həmçinin Cənubi Koreyanın Yaponiya, Avstraliya və Yeni Zelandiya ilə birlikdə Hind-Sakit okean regionunda “NATO-nun açarı” olduğunu vurğulayıb, lakin Seuldakı iddia edilən siyasi xaosun “Çin üçün faydalı ola biləcəyi” sualına cavab verməkdən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью