NATO da korrupsiya qalamaqalı

08.12.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Le Soir” nəşrinin məlumatına görə, Belçikanın hakimiyyət orqanları NATO-nun hərbi satınalmalarında korrupsiya ilə bağlı şübhəli şəxsləri sorğu-sual etməyi planlaşdırır.
Onların arasında “Elbit Systems” şirkəti və Litva və Yunanıstandakı iki müdafiə şirkəti ilə əlaqəli olduğu ehtimal edilən 60 yaşlı italiyalı iş adamı, həmçinin tenderlə bağlı məxfi məlumatı üçüncü tərəflərə ötürə bilən keçmiş NSPA əməkdaşı da var.
“Təhqiqatla əlaqədar NSPA 155 mm-lik döyüş başlıqları və raket əleyhinə raketlərin daxil olduğu İsrail şirkəti ilə müqavilələri müddəti sona çatmamış dayandırıb. Bundan əlavə, “Elbit Systems” şirkətinə NSPA müqavilələri üçün yeni tenderlərdə iştirak etmək müvəqqəti qadağan olunub”, - qəzet yazır.
Araşdırma zamanı NSPA ilə əməkdaşlığa hazır olduğunu bildirən“Elbit Systems” şirkəti sözügedən məsələni şərh etmək istəməyib. NATO və alyansın qurumları da açıqlama verməkdən imtina ediblər.
Bu ilin may ayında Belçika polisi Avropanın məhkəmə orqanları ilə əlaqəsi olan “Avroyust” agentliyinin dəstəyi sayəsində Belçika, Lüksemburq, Hollandiya və İspaniyada aparılan beynəlxalq istintaq çərçivəsində iki şübhəlini həbs edib. İttihamlara NSPA tenderləri haqqında məxfi məlumatların üçüncü tərəflərə açıqlanması daxildir.
Bu əməldə bir neçə agentliyin əməkdaşının iştirak edə blməsini açıqlayan Belçika prokurorluğu NATO strukturlarının istintaqla fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Bu məlumatı təsdiqləyən alyansın mətbuat xidməti də təşkilatın “istintaqla sıx əməkdaşlıq etdiyini və bir neçə şübhəli şəxsin artıq müəyyənləşdirilərək NATO-nun müxtəlif ölkələrində saxlanıldığını” açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью