NATO da qızğın müzakirələr gözlənilir

02.02.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nun iyunda Haaqada keçiriləcək növbəti sammitində ÜDM-in 3,5%-i həcmində müdafiə xərcləri kvotasına nail olmaq ətrafında qızğın müzakirələr gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, bunu Almaniyanın “Welt” nəşri yazır.

Alyansın baş katibi Mark Ruttenin sözlərinə görə, gələcəkdə NATO-ya üzv dövlətlərin müdafiə xərcləri ÜDM-in 2%-dən xeyli yüksək olacaq. Bu məsələ ilə bağlı qərar yaxın aylarda veriləcək.

NATO baş katibinin sözlərinə görə, Alyansın tərəfdaşları birləşməli və daha çox həmrəylik nümayiş etdirməlidir.

O, "Ancaq yük Avropa, Kanada və ABŞ arasında ədalətli şəkildə bölüşdürülməlidir",- deyib.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью