NATO daha güclü hərbi ittifaqa çevrilməlidir Heqset

18.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin müdafiə naziri Pit Heqset NATO-nun hərbi imkanlarını gücləndirməli və daha sərt mövqe tutmalı olduğunu bildirib.

Redaktor.az bu haqda "Politico"ya istinadla məlumat verir.

Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl danışan Heqset deyib ki, gələcəkdə NATO daha güclü hərbi ittifaqa çevrilməli, Avropaya yönələn təhdidlərin qarşısının alınmasında lider rol oynamalıdır.

Onun sözlərinə görə, alyans uzun müddət hərbi hazırlıqdan çox gender bərabərliyi və iqlim dəyişikliyi kimi mövzulara diqqət ayırıb. Heqset hesab edir ki, NATO tanklar, qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri kimi hərbi imkanlarını artırmalıdır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью