NATO dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

03.10.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

NATO Fransadan Azərbaycanla əməkdaşlığa qoyulan blokadanı aradan qaldırmağı tələb edib.
Bizim.Media xəbər verir ki, NATO daxilində Fransanın Azərbaycanla tərəfdaşlıq proqramının təsdiqinə mane olmasının alyansın maraqlarına uyğun olmadığı bildirilib.
“Politico”nun yazdığına görə, Qərb diplomatı Fransanın NATO-nun Azərbaycanla tərəfdaşlıq proqramını bloklamağa davam etməsinin “siyasi baxımdan düzgün addım olmayacağını” deyib.
NATO-nun digər nümayəndəsi isə bildirib ki, ikitərəfli fikir ayrılıqları alyansın fəaliyyətinə daşınmamalı və NATO təzyiq vasitəsi kimi istifadə edilməməlidir.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью