NATO dan İrana xəbərdarlıq: Hər bir təhdidə cavab verməyə hazırıq

21.08.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NATO hər bir təhdidə cavab verməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu anonim NATO rəsmisi CNN-ə açıqlamasında “Financial Times”-ın İranın ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbə endirməyə hazırlaşdığına dair yazısına münasibət bildirərkən deyib.

NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb.

O qeyd edib ki, NATO-nun çəkindiriciliyi, müdafiə qüvvələri güclü və effektivdir.

Qeyd edək ki, “Financial Times” qəzetinə danışan iranlı anonim rəsmi ABŞ-ın eskalasiyanı artıracağı təqdirdə, Tehranın Avropada ABŞ hərbi obyektlərini hədəfə alacağını bildirib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью