NATO dan Rusiyaya sərt xəbərdarlıq: “Cavab göndərdik

29.09.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO-nun sözçüsü Allison Hart Rusiyanın Alyansa qeyri-rəsmi sənəd (“non-paper”) təqdim etdiyini və NATO-nun da buna cavab göndərdiyini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Hart açıqlamasında Rusiyanın NATO-ya qeyri-rəsmi sənəd (“non-paper”) təqdim etdiyini təsdiqləyib.

O bildirib ki, NATO-nun müdafiə məqsədli ittifaq olduğu və onun fəaliyyəti, eləcə də hərbi təlimlərinin Rusiyanın hər hansı ərazisi üçün risk yaratmadığı cavab məktubunda qeyd olunub.

Hart açıqlamasında “Ukraynada nüvə silahından istifadə ilə bağlı məsuliyyətsiz açıqlamalar da daxil olmaqla, güc tətbiqi ilə bağlı təhdidləri qətiyyətlə pisləyirik”, - deyə vurğulayıb.

NATO sözçüsü Rusiyanı Ukraynadakı müharibəyə son qoymağa çağırıb. O, Rusiyanın hibrid taktikalara əl atmasını “çarəsizlik əlaməti” kimi qiymətləndirib.
“Lakin bu, bizi Ukraynaya verdiyimiz dəstəkdən çəkindirməyəcək. Müttəfiq ölkələrin ərazisinin hər qarışını müdafiə etmək üçün lazımi imkanlara sahibik. Biz istənilən təhdidə qarşı çıxmaq üçün kifayət qədər güclü, hazırlıqlı və imkanlı olaraq qalacağıq”, - deyə Hart bildirib.

NATO-nun baş katibi Mark Rutte də son dövrlərdə Rusiyanın hibrid fəaliyyətlərinin Alyansa üzv ölkələri Ukraynaya dəstəkdən çəkindirməyə yönəldiyini vurğulayıb. O, NATO-nun bu cür təhdidlərə qarşı lazımi cavab variantlarına malik olduğunu bildirib.

Bu arada, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Aleksus Qrinkeviç ötən həftə bildirib ki, Rusiyadan qaynaqlandığı ehtimal edilən təxribatlar, kiberhücumlar və digər hibrid təhdidlər səbəbindən müttəfiq ölkələr arasında kəşfiyyat məlumatlarının mübadiləsi gücləndirilib.

Əfsanə
“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью