Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın NATO-ya mümkün üzvlüyü məsələsində Rusiyanın heç bir söz haqqı yoxdur, çünki bu qərar müttəfiq ölkələrin müstəsna səlahiyyətinə aiddir.
Turkustan.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Berlində Almaniya kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
"Biz bunu Almaniyanın NATO-ya qoşulduğu dövrdə, eləcə də 1990-cı il oktyabrın 3-də Almaniyanın yenidən birləşməsi zamanı gördük. Həmin vaxt Sovet İttifaqı vahid Almaniyanın Alyansa vahid dövlət kimi qoşulmasına razılıq vermişdi. Eyni zamanda, həm Sovet İttifaqının, həm də Avropa ölkələrinin təhlükəsizliklə bağlı narahatlıqları müzakirə olunurdu. Ona görə də burada təəccüblü heç nə yoxdur", – deyə, Rutte vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az