NATO dan ŞOK xəbərdarlıq: 3 5 il sonra müharibə olacaq

09.06.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO qarşıdakı 3-5 il ərzində Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşmalıdır.

Globalinfo.az xəbər verir ki, bu fikirləri alyansın Baş katibi Mark Rutte Böyük Britaniyada keçirilən konfransda çıxışı zamanı səsləndirib.

O, çıxışında Rusiyanın NATO ölkələrinə nisbətən 4 dəfə çox sursat istehsal etdiyini vurğulayıb.

“Rusiyanın iqtisadiyyatı NATO ölkələrinin ümumi iqtisadiyyatından 25 dəfə kiçik olsa da, o, onlardan 4 dəfə çox sursat istehsal edir. Sursat hər hansı bir münaqişənin əsasını təşkil edir. Əgər ehtiyatınız yoxdursa, döyüşə başlamağın mənası yoxdur”, – deyə o qeyd edib.

NATO rəhbəri Rusiyanın iqtisadiyyatını artıq 100 faiz hərbi rejimə keçirdiyini iddia edərək Avropa ölkələrini iqtisadiyyatlarını sürətlə hərbiləşdirməyə çağırıb.

Onun sözlərinə görə, hazırda Rusiya NATO-ya hücum edə bilməz, lakin 3-5 il ərzində bu qabiliyyətə sahib olacaq. Rutte alyans ölkələrini bu ehtimala hazırlaşmağa çağıraraq hava hücumundan müdafiə sistemlərinin sayını 5 dəfə artırmağı, tank, zərbə sistemləri, dronlar istehsalını genişləndirməyi və iri sursat ehtiyatları toplamağı təklif edib.

Baş katib 3-5 il rəqəminin haradan qaynaqlandığı sualına cavab olaraq bildirib ki, bu, NATO hərbçilərinin proqnozlarına əsaslanır.

“Məsələn, Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu günlərdə bəyan edib ki, Rusiya 2029-cu ilə – yəni 4 ildən sonra NATO-ya hücuma hazır ola bilər”, – deyə Rutte qeyd edib.

Qeyd edək ki, Rusiya Federasiyasının NATO ölkələrinə hücum edəcəyi iddiası son aylar ərzində NATO və Avropa İttifaqı rəhbərliyi tərəfindən tez-tez səsləndirilir. Bununla belə, nə NATO-nun baş katibi, nə də Avropa Komissiyasının rəhbəri Moskvanın buna niyə ehtiyac duya biləcəyini izah edirlər.

Xatırladaq ki, 2024-cü ilin yayında Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Qərbin bu iddialarını “cəfəngiyyat” və “ağılsızlıq” adlandırmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью