NATO dan Zelenski ilə bağlı diqqətçəkən qərar

06.07.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenskinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinin əsas proqramında çıxış etməyəcəyi bildirilir.

Redaktor.az bu haqda "The Telegraph" qəzetinə istinadla xəbər verir.

Məlumata görə, alyans ABŞ Prezidenti Donald Trampı narazı sala biləcək vəziyyətin yaranmaması üçün Zelenskinin sammitdə diqqət mərkəzində olmamasına qərar verib. Bildirilir ki, Ukrayna lideri əvvəlki illərdən fərqli olaraq NATO liderləri qarşısında çıxış etməyəcək.

İddialara əsasən, bu qərar Zelenskidə məyusluq yaradıb. O, sammit çərçivəsində əvvəlki illərdə olduğu kimi əsas çıxış etmək imkanı əldə etməyəcək.

Məlumatda həmçinin qeyd olunur ki, Zelenski Ankarada Qərb ölkələrinin liderləri ilə görüşlər keçirərək Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsini müzakirə etməyi planlaşdırır. Bildirilir ki, Kiyev həm hərbi ehtiyacların, həm də iqtisadiyyatın maliyyələşdirilməsi baxımından ciddi vəsait çatışmazlığı ilə üzləşib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью