Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
NATO-nun Baltikyanı ölkələr üzrə hava patrulu missiyası çərçivəsində Litva səmasında təhlükəli insident qeydə alınıb. Gece saatlarında ölkənin hava məkanını pozan naməlum pilotsuz uçuş aparatı (PUA) İtaliya hərbi hava qüvvələrinə məxsus NATO qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib.
“Yeni Sabah” xəbər verir ki, Litva Prezidenti Qitanas Nauseda hadisə ilə bağlı rəsmi bəyanat yayaraq alyans qüvvələrinin çevik reaksiyasını yüksək qiymətləndirib:
"Litva hava məkanına daxil olan dron NATO qırıcıları tərəfindən məhv edilib. Çevik reaksiyaya görə müttəfiqlərimizə təşəkkür edirəm. Rusiyanın təcavüzünü intensivləşdirdiyi bir vaxtda belə həyəcan rejimində hazır olmaq bölgəmiz üçün həyati əhəmiyyət kəsb edir", — deyə Nauseda bildirib. pizza mizza
Litva Milli Böhran İdarəetmə Mərkəzinin məlumatına görə, PUA ölkə ərazisinə Belarus istiqamətindən daxil olub və Kaunas şəhəri yaxınlığında vurulub. Hərbi mütəxəssislər hazırda qalıqları aşkar edilən aparatın mənsubiyyətini və daşıdığı texniki təyinatı dəqiqləşdirirlər.