NATO Gürcüstanda baş verənlərdən narahatdır

25.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

NATO Gürcüstanda baş verənlərdən narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte “Azadlıq radiosu”na müsahibəsində bildirib.

O, Gürcüstandakı vəziyyət barədə söhbət getdikdə sadəlövh olmadığını qeyd edib.

“Biz çox narahatıq və bu barədə gürcülərə aydın bildirmişik. Onlarla əməkdaşlıq edirik və fikrimcə, bu əməkdaşlıq narahatlığımızı ifadə edə biləcəyimiz kanalı təmin etməyə xidmət edir. Gəlin, məsələyə bütövlükdə baxaq, çünki Gürcüstanla yanaşı biz Ermənistan və Azərbaycan arasında baş verənləri də görürük. Burada vəziyyət o cümlədən prezident Trampın gördüyü işlər sayəsində daha yaxşıdır. Buna görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim”, - Rutte deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью