NATO Gürcüstanda təlimlər keçirəcək

15.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

NATO iyulun 25-dən avqustun 6-dək Gürcüstanda "Agile Spirit 2025" çoxmillətli təlimləri keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

Gürcüstan artıq 12-ci dəfədir ki, təlimlərə ev sahibliyi edəcək.

Bildirilir ki, manevrlər "iştirakçı ölkələrin müdafiə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyəti və əməliyyat imkanlarının gücləndirilməsi" məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью