NATO heç kimə hücum etməyəcək Rutte

08.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

NATO-nun baş katibi Mark Rutte Ankara sammitində çıxışı zamanı alyansın müdafiə mövqeyini bir daha vurğulayıb.

Redaktor.az bu haqda "Clash Report"a istinadla xəbər verir.

O bildirib ki, NATO üzv ölkələrin ərazisinin hər qarışını qorumaq əzmindədir və heç bir ölkəyə hücum etmək niyyətində deyil.

"Bu ittifaq öz ərazisinin hər qarışını müdafiə edəcək. Biz heç vaxt heç kimə hücum etməyəcəyik. Yalnız həyat tərzimizi, demokratiyalarımızı və ərazimizi qoruyacağıq", - deyə Rutte bildirib.

Baş katib əlavə edib ki, NATO ciddi müdafiə siyasətinə sadiq qalır. O, həmçinin Ankara sammitinin yekun bəyannaməsində Rusiyanın "uzunmüddətli təhdid" kimi qiymətləndiriləcəyini gözlədiyini də qeyd edib.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью