NATO HHM sistemlərini İtaliyadan Türkiyəyə köçürür

16.06.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

SAMP/T Avropa hava və raketdən müdafiə sistemi İtaliyadan Türkiyəyə köçürüləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qərar NATO-nun daimi müdafiə planı çərçivəsində qəbul olunub.

Məlumata əsasən, SAMP/T sistemi Alyansın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin Konyadakı 3-cü aviabazasında yerləşdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью