NATO illik nüvə təlimi keçirəcək

10.10.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NATO oktyabrın 13-də nüvə qarşısının alınması təlimlərinə başlayacaq.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.

O, açıqlamasında faktiki nüvə silahından istifadənin gözlənilməyəcəyini bildirib:

"NATO oktyabrın 13-dən etibarən illik nüvə çəkindirmə təlimi "Steadfast Noon" keçirəcək. Bu təlimlər hər il keçirilir və NATO-nun nüvə və qeyri-nüvə üzv ölkələrindən onlarla təyyarə iştirak edir. Onlar taktiki nüvə silahları ilə zərbələri simulyasiya edirlər".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью