NATO irimiqyaslı hərbi təlimlərə başlayacaq

04.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Böyük Britaniya Müdafiə Nazirliyi 13 yanvar-26 fevral tarixləri arasında NATO-nun Bolqarıstan və Rumıniyada keçirəcəyi "Steadfast Dart" təliminə 2600 əsgər və 730 nəqliyyat vasitəsi göndərəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniya ordusu təlimdə NATO-nun bütün quru qüvvələrinə komandanlıq edəcək. Təlimdə Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Bildirilir k, bu təlim NATO müttəfiqləri arasında koordinasiya və əməkdaşlığın yaxşılaşdırılmasına kömək edəcək.

Eyni zamanda NATO Müttəfiqlərin Reaksiya Qüvvələri böhran dövründə Alyansın müdafiəsini dəstəkləməklə yanaşı, Rusiya da daxil olmaqla düşmənlərimizə qarşı çəkindirmə qabiliyyətimizi də gücləndirəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью