Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO Latviyada çətin şəraitdə pilotsuz sistemlərin istifadəsinə həsr olunmuş genişmiqyaslı eksperimental təlim keçirir.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, təlim oktyabrın 27-dən noyabrın 7-dək dövrü əhatə edir.
Qeyd edək ki, təlimin məqsədi NATO-nun rəhbərliyi altında yeni müdafiə texnologiyalarının tədqiqi və sınaqdan keçirilməsi, rəqəmsal magistral imkanlarının mənimsənilməsi və tətbiqini sürətləndirməkdir.
İlahə Qənbərli
Missiya.Az