Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Litvanın LRT telekanalı xəbər verir ki, 15 sentyabr gecəsi NATO-nun hava polisi qırıcıları ilk dəfə Litva hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) vurub. Məlumatı “Anadolu” verib.
Litva Milli Böhranların İdarə Edilməsi Mərkəzinin (NKVC) məlumatına görə, gecə yarısından qısa müddət sonra pilotsuz təyyarənin peyda olması aşkar edilib, bundan sonra Vilnüs bölgəsi, Trakai və Elektrenai bələdiyyələri üçün sarı hava təhlükəsi səviyyəsi elan edilib.
Hadisə ilə əlaqədar NATO Hava Polisi Missiyasının qırıcı təyyarələri havaya qaldırılıb. Təxminən 30 dəqiqə sonra səlahiyyətlilər dronun məhv edildiyini bildiriblər.
NKVC rəhbəri Vilmantas Vitkauskasın sözlərinə görə, pilotsuz təyyarə Kaunas bölgəsinin Kaisiadorys rayonunda, ehtimal ki, Pratkūnai kəndi yaxınlığında vurulub: “Qüvvələr onun hansı növ dronun olduğunu, parametrlərinin nə olduğunu və uçuşun məqsədini müəyyən etmək üçün göndərilib”.
Onun sözlərinə görə, pilotsuz təyyarə Kaunas su anbarının yaxınlığında, Kaišiadorys və Kaunas arasında yerləşən kənd ərazisində vurulub.
P.ƏMİRCANOV
XQ