NATO müttəfiq ölkələrə çağırış edib

05.08.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

NATO-nun baş katibi Mark Rutte Hollandiyanın Ukrayna üçün ABŞ-dən 500 milyon avro dəyərində silah almaq qərarını alqışlayıb və alyansın digər üzvlərini Amsterdamdan nümunə götürməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Mən bütün NATO müttəfiqlərinə məktub yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə çağırmışam və yaxın gələcəkdə digər müttəfiqlərdən daha əhəmiyyətli açıqlamalar gözləyirəm”,- deyə Rutte qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью