NATO nu Ərdoğanla Trampın dostluğu xilas edə bilər Fidan

07.07.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə, Ankarada keçirilən sammit zamanı NATO daxilindəki fikir ayrılıqlarını aradan qaldırmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasındakı isti münasibətlərdən istifadə etmək niyyətindədir.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "The New York Times" qəzetinə verdiyi müsahibədə danışıb.

Trampın ABŞ-ın NATO-dakı rolunu azaltmaq və ya ittifaqı tamamilə tərk etmək təhdidləri digər üzvləri yeni təhlükəsizlik variantları axtarmağa məcbur edib.

Tramp həmçinin NATO müttəfiqlərini ABŞ-İran müharibəsini dəstəkləmədiklərinə görə xəyanətdə günahlandırıb.

Bəzi NATO liderlərini birbaşa tənqid etməsinə baxmayaraq, Tramp Ərdoğanla isti münasibətlərini qoruyub saxlayır, onu "dost" və "böyük lider" adlandırır.

Fidan bildirib ki, Ərdoğanın ABŞ prezidenti ilə münasibətləri NATO daxilində gərginliyin azaldılmasına kömək edə bilər.

"Cənab Tramp üçün bu, sadəcə etibar və dostluq məsələsidir", - deyə Fidan bildirib.

O əlavə edib ki, Türkiyə "bu dostluqdan ortaq məqsəd naminə, bütün NATO ailəsinin xeyrinə istifadə etmək" niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью