NATO nun ABŞ a hərbi dəstək verməsi mümkün görünür

23.03.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İsrail İran daxilində xüsusi əməliyyatlar keçirir. Postlarda silahlı SEPAH və polislərə qarşı sui-qəsdlər edilir.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ İran rejimini devirəcək. Artıq Ağ Ev Iranla bağlı planını da dəyişib. NATO-nun ABŞ-a hərbi dəstək verməsi mümkün görünür. İranın mənzilli 4 min km. olan ballistik raketlərdən istifadə etməsi Avropa ölkələrini İran rejimi ilə bağlı mövqeyinin dəyişməsinə səbəb olub:

"Türkiyə, Səudiyyə Ərəbistanı SEPAH-ın hakimiyyəti tam şəkildə prezident Pezeşkiana təhvil verməsi üçün danışıqlar aparılır. ABŞ SEPAH-ı tam zəiflətmək istiqamətində yaxın vaxtlarda yeni əməliyyatlar həyata keçirəcək.

Artıq İran çıxılmaz vəziyyətə düşüb. Çin və Rusiya da İran rejiminin gedəcəyindən əmindir".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью