Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
NATO-nun 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan sammiti təxirə salına və ya tamamilə ləğv edilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumata görə, buna səbəb Albaniyanın digər müttəfiq ölkələrlə müqayisədə müdafiə xərclərinin aşağı olması, eləcə də NATO tədbirləri zamanı ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqədə yaranan çətinliklərdir.
NATO-nun yüksək rütbəli hərbi rəsmisi Cüzeppe Kavo Draqone bildirib ki, sammitin Albaniyada keçiriləcəyi planı qüvvədə qalır, lakin onun 2027-ci, yoxsa daha sonrakı ildə baş tutacağı hələ müzakirə olunur.
Aytəkin TOFİQQIZI